"Sent Etyen"in baş məşqçisi Kristof Qaltye "Qarabağ"la 0:0 hesabı ilə nəticələnən Avropa Liqası matçından sonra media önünə çıxıb. Sportnet.az-ın məlumatına görə, fransalı mütəxəssis
- Əslində komandamızdan razıyam. Çoxlu səhv buraxsaq da, hücum futbolu sərgilədik.
- Siz həyəcanlanırsınızmı ki, hücumlarınız yaxşı alınmadı?
- Yox, heç də həyəcanlanmıram. Çünki bu oyun bizə çox çətin idi. Daha çox müdafiəyə fikir verirdik.
- Fransada da "Qarabağ"a qarşı bu taktikaya üstünlük verəcəksiniz?
- "Qarabağ"ın son oyunlarını çox diqqətlə izləmişdik. Bu oyunlara baxdıqdan sonra rəqibə hörmətimiz artmışdı. Amma ev oyunu bizim üstünlüyümüzdür. Çalışacağıq ki, evdə daha diqqətli oynayaq.
- Fransa mətbuatı əsas favoritin "İnter", ikinci yer uğrunda mübarizənin isə "Dnepr"lə "Sent Etyen" arasında gedəcəyini yazmışdı. Bu oyundan sonra
- Mən bu oyundan sonra "Qarabağ" barədə fikirlərimi dəyişdim. Həmişə bu komandanı yüksək səviyyəli komanda kimi dəyərləndirmişəm. Qurban Qurbanov çox yaxşı taktiki sxemlərdən yararlanır. Əminliklə deyə bilərəm ki, "Qarabağ" qrupun favoritlərindəndir.
- Hücum futbolu oynadığınızı dediniz. Neçə qol imkanı yaratdığınızı deyə bilərsinizmi?
Fikrimcə, "Qarabağ" da Fransada hücum futbolu oynayacaq. Ancaq "Sent Etyen"in hücum futbolu oynamadığını düşünmək səhvdir. Həqiqətən də hücum futbolu sərgilədik.
- Hansı yarışa üstünlük verirsiniz: Avroliqaya, yoxsa Fransa Liqasına?
- Gələn oyunda daha çox güc verəcəyik. "Qarabağ"a qarşı belə oynamağımız təbiidir. Çünki bu komandanın futbolçuları millidə oynayırlar. "Karabükspor"a qarşı da ilk matçda yaxşı oynamamışdıq. Amma cavab görüşündə daha yaxşı təsir bağışladıq. "Qarabağ"a bir daha uğurlar arzulayıram.
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |