"Dünyada kifayət qədər tanınmış futbolçulara qarşı oynadıq. Hansı ki, onların çıxışlarını televiziya vasitəsilə izləmişdik. Oyuna çıxanda hiss olunurdu ki, komandamızda qorxu yoxdur. İstədiyimiz kimi rahat futbol oynadıq". Sportnet.az-ın məlumatına görə, bunu Fransa "Sent Etyen"i ilə Avropa Liqası matçından sonra "Qarabağ"ın futbolçusu Qara Qarayev deyib.
O, son nöqtəni qoya bilməmələrindən və Çumbinyonun zədələnməsindən təəssüfünü ifadə edib: "İkinci hissədə Reynaldonun qəşəng qol imkanı oldu. Hamımız elə bildik ki, top qapıdan keçdi. Lazım olan hər şeyi etdik. Bircə qol çatmadı. Əsas odur ki, evdə uduzmadıq".
Qarayev bugünkü matçdan sonra komandada özünəinamın artdığını da vurğulayıb: Bu gün "Qarabağ" "Sent Etyen"lə 0:0 hesablı heç-heçə edibsə, rəqibin zəifliyi anlamı verməməlidir. Amma "Sent Etyen" o qədər də qorxulu rəqib deyilmiş. İnanıram ki, cavab görüşündə daha yaxşı nəticə əldə edəcəyik. Çünki bu gün zəif nəticələrimizi gördük. Rəqibin oyunlarını video vasitəsilə də izləmişdik. Amma canlı görmək tamam fərqlidir. Fransada "Sent Etyen"lə daha yaxşı oynayacağıq".
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |