"Bu oyun hakimlərin ucbatından getdi. Biabırçılıq idi". Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"la oyundan sonra "Neftçi"nin müdafiəçisi Elnur Allahverdiyev deyib.
31 yaşlı futbolçunun fikrincə, belə hakimlik barədə ölçü götürülməlidir: "Biz pis oynamadıq. Amma belə hakimliklə futbol inkişaf etməz. Gərək ölçü götürsünlər. Mən demirəm ki, "Qarabağ" qələbəyə layiq deyildi. Amma penalti olmasaydı, nəticə başqa cür ola bilərdi".
Qeyd edək ki, "Neftçi" "Qarabağ"a 1:3 hesabı ilə uduzub.
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |