"Qarabağ"la oyunun hazırlıqlarını davam etdirən "İnter" sabah meydanda tam fərqli futbol oynayacaq. "Kalyari"yə uduzan biz deyildik, futbolçular sanki özlərini itirmişdilər. Amma sabah tam başqa takika, oyun görəcəksiz". Sportnet.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"la Avropa Liqasının oyunu öncəsi, "İnter"in baş məşqçisi Valter Matsari deyib.
Bu gün 51 yaşını qeyd edən mütəxəssis "Qarabağ"a qarşı sürətli və baxımlı futbol oynayacaqlarını bildirib: "Atalanta" və "Sassuolo" ilə oyunları yadınıza salın. Sabah da eynilə fərqli oyun görəcəksiz. Yeni bir qrupda mübarizə aparırıqsa, fərqli formada çıxış etmək lazımdır".
Heyətdə zədəlilərin çoxluq təşkil etməsinə baxmayaraq, Matsari sabahkı görüşə böyük ruh yüksəkliyi ilə hazırlaşdıqlarını deyib: "Zədəlilərimiz çox olsa da, ruhdan düşmürəm. Mateo Kovaçiçin həftəsonuna qədər bərpa olacağına ümid edirəm. Danilo D`Ambrozio, Coel Obi və Yuto Naqatomo sabah bizə kömək edə biləcəklər. Amma tək narahatlığımız Kovaçiçlə bağlıdır. Sabahkı matça bərpa olunmağa çalışsa da, həkimlər onun oynamasının sual altında olduğunu dedilər".

"Qarabağ"ın potensialı barədə də danışan mütəxəssis rəqibi dəyərləndirməyi unutmayıb: "Rəqibin çox yaxşı heyəti, güclü futbolçuları var. Kollektiv oyuna üstünlük versələr də, fərdi ustalığı ilə seçilən oyunçuları da az deyil. Onlar İtaliyaya maraqlı oyun üçün gəliblər".
Qeyd edək ki, oyun sabah saat yerli vaxtla 21:05-də (Bakı vaxtı ilə 3 oktyabr 00:05-də) start götürəcək.
Qeyd edək ki, oyun sabah saat yerli vaxtla 21:05-də (Bakı vaxtı ilə 3 oktyabr 00:05-də) start götürəcək.