
Bakıda start götürən şahmat üzrə Qran-Pri turnirində ilk turun Şəhriyar Məmmədyarov - Teymur Rəcəbov görüşü başa çatıb. Sportnet.az-ın məlumatına görə, qarşılaşmada qalib müəyyənləşməyib - 0,5:0,5.
31-ci gedişdə tərəflər "sülh" bağlayıblar.
Qeyd edək ki, Qran-Pridə ümumilikdə 12 şahmatçı iştirak edir. Turnir oktyabrın 14-dək davam edəcək.