Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan Ukraynanın "Dnepr" klubu cəzaya məruz qalıb. Sportnet.az-ın məlumatına görə, bu barədə UEFA-nın rəsmi saytı xəbər yayıb.
Dneprepetrovsk təmsilçisi azarkeşlərinin Avropa Liqasının qrup mərhələsində "İnter"lə matçda irqçi şüarlar səsləndirməsi və məşəl yandırmasına görə UEFA-nın İntizam Komitəsi tərəfindən cəzalandırılıb. "Dnepr" 24 min avro cərimə ilə yanaşı, Avropa Liqasının növbəti ev oyununda stadionun B 41 sektoruna azarkeş buraxılmayacaq və həmin sektora "Rasizmə yox" banneri yerləşdirəcək.
Qeyd edək ki, bu cəza "Dnepr"in 23 oktyabrda "Qarabağ"a qarşı keçirəcəyi ev oyununda tədbiq olunacaq.