İtaliya və Azərbaycan milli komandaları arasında 2002-ci il sentyabrın 7-də keçirilmiş Avropa çempionatının seçmə qrup oyununun şərhi zamanı hazırda "Neftçi"də müşavir vəzifəsində çalışan Elnur Əşrəfoğlu maraqlı ifadələr səsləndirib. Sportnet.az-ın məlumatına görə, AzTV-nin sabiq əməkdaşı belə bir oyunu şərh etməyi özü üçün fəxr hesab etdiyini bildirib.
Amma bu, indiki məqamda bir qədər qəribə səslənir. Belə anlaşılır ki, bu axşam "İctimai" Televiziya vasitəsilə İtaliya - Azərbaycan matçını şərh edəcək həmkarımız da bundan o qədər böyük qürur hissi keçirəcək ki, hətta efir vasitəsilə bəyan etməkdən də çəkinməyəcək.
Həmin vaxt səsləndirdiyi fikirlərə Əşrəfoğlu Sportnet.az vasitəsilə belə aydınlıq gətirib:
- 2002-ci il idi. AVRO-2004-ün seçmə oyunları idi. Üzərindən 12 il keçib. Onun həyəcanı tamam başqa idi. İtaliya millisinin heyətinə baxanda, görürsünüz ki, dünya səviyyəli ulduzlar vardı. O futbolçuların 70-80%-i 2006-ci ildə dünya çempionu oldular. İtaliya kimi futbol ölkəsinin oyununu şərh etmək böyük qürurverici hissdir. Necə ki, futbolçular o qüruru hiss etməli idilər, mən də şərhçi kimi onu hiss etdim. Bu, həm qürurveriçi, şərəfli idi, bir o qədər də məsuliyyətli idi. O vaxt bir fikir də səsləndirmişdim ki, bundan da böyük qürur milli komandamızın Avropa və dünya çempionatının final mərhələsində oyunu şərh etməkdir. Üzərindən 12 il keçib və hələ də yığmamız nə Avropa, nə dünya çempionatına vəsiqə qazana bilib. İnşallah, elə bir an da olsa, gedib bir oyunu şərh edərik.
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |