
"Sürətli oynamaq lazımdır. Hücumda cəld oynamalı, bütün medança boyu boş yer buraxmamalıyıq. Avropa klubları belə edirlər". Sportnet.az-ın məlumatına görə, bunu "Dnepr"in baş məşqçisi Miron Markeviç "Volın"la Ukrayna Kubokunun təkrar 1/8 final matçından sonra deyib.
Ukraynalı mütəxəssis Avropa Liqasında "Qarabağ"a məğlubiyyətin səbəblərindən biri kimi, meydançanı göstərib: "Biz Kiyevdə ot örtüyünün sulanmağını xahiş etdik, lakin bu istəyimiz qəbul edilmədi. Mən demirəm ki, məğlubiyyətimizin tək səbəbi budur. Lakin futbolda belə kiçik amillər də nəticəyə təsir edir. Bizim bazamızda hər məşqdən öncə meydança sulanır. Belə olanda oyun sürətli gedir, topla rahat davranmaq olur".
Qeyd edək ki, Miron Markeviç daha öncə Avropa Liqasındakı ev məğlubiyyətlərinə məşqdən çox təyyarə uçuşlarını səbəb göstərib.