
O deyib: "Açığı, oyunun ağır keçəcəyini bilirdik. "Bakı”ya məğlubiyyətdən sonra komandanı toparlamaq çətin idi. Buna baxmayaraq, fərdi söhbətlər etdik. Oyunda çevriliş edə bildik. Son dəqiqələrdə qol buraxmaq isə üzücüdür, xoşagəlməzdir. Futbolda belə hallar olur. Gələcəyə ümidlə baxmaq lazımdır".
Qarşıda çox oyunların olduğunu söyləyən Əhmədov komandasının istənilən oyunu sərgiləməsindən razılıq ifadə edib: "Düzdür, bu gün qalib gələ bilmədik. Amma sevindirici haldır ki, komandam tələb olunan futbolu sərgiləyir. Mən futbolçularımı ona görə alqışlayıram ki, 0:1 hesabı ilə məğlub durumda olduğumuz halda 2 qol vurdular. Bizi qarşıda çətin "Neftçi” oyunu gözləyir. Həmin qarşılaşmaya hazırlaşmalıyıq”.