1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Rəşad Sadiqov: "Oynamağa imkan vermirlər" - MÜSAHİBƏ
"Xəzər Lənkəran"ın futbolçusu Rəşad Sadiqovun Sportnet.az-a müsahibəsi
- Qələbə qazansanız da, oyununuz elə də xoş təsir bağışlamadı. Bunu nə ilə əlaqələndirərdiniz?
- Daha çox qol vuraraq, böyük hesabla qalib gəlsəydik, oyunumuz heç kimin gözünə görünməyəcəkdi. Hamı deyəcəkdi ki, pis çıxış etmədiniz. Sadəcə, hesabı 2:1 etdikdən sonra axırıncı 15 dəqiqəlik bölümdə çox arxaya çəkildik. Gərginlik yarandı, rəqibin də qol epizodları oldu. Ona görə elə göründü ki, pis oynayırıq. Yaratdığımız 6-7 yüzfaizlik qol epizodunun çoxundan yararlansaydıq, mənə elə gəlir ki, heç kim pis oynadığımızı fikirləşməyəcəkdi.
- Hesabda irələ çıxan kimi arxaya çəkilirsiniz. Bu, nə ilə bağlıdır?
- İstər-istəməz otürmələrlə oynayırıq ki, komandanı bir az sakitləşdirək, tempi aşağı salaq. Çünki süni örtüklü meydanda oynamaq doğrudan da çox çətindir. Hətta "Dalğa Arena"nın süni örtüyü ilə Sumqayıtdakı meydanın süni örtüyü fərqlənir. Buranın örtüyü çox bərkdir. Ona görə də oynamaq ağır olur.
- Bu gün "Xəzər Lənkəran"a xas olmayan oyun üslubu sərgilədiniz: Uzun, diaqonal ötürmələrlə oynadınız. Bu da süni örtüklə bağlı idi?
- Bəli. Təsəvvür edin ki, qəbul edəndə də top tullanır. Nəticədə ötürmələrlə oynamaqda əziyyət çəkirsən. Rəqib də gənc futbolçulardan qurulub, oynamağa imkan vermirlər. Hamısı birə-bir oynayır. Sıxırlar. İstər-istəməz arxadan ötürmələrlə çıxmaq çox çətin, təhlükəli olur.
- Son dəqiqələrdə top qapı dirəyinizə dəydi. Həmin anda bəxtinizin gətirdiyini düşünmək olar?
- Bəxtimiz gətirdi deyəndə ki, oyundur. Bizim də qol epizodumuz oldu. Rəqib qapıçı ilə təkbətək çıxaraq, 3-cü qolu da vurduq. Amma ofsayd qeydə alındı. Daha 2-3 qol imkanı yaratdıq. Birini vursaydıq, tam başqa cür olacaqdı. Sadəcə, son dəqiqələrdə top qapı dirəyimizə dəydi, ona görə hamı bəxtimizin gətirdiyini fikirləşdi.
- Millimizin yeni baş məşqçisinin yerli, yoxsa əcnəbi olmasını istərdiniz?
- Məncə, yerli olması daha qənaətbəxşdir. Çünki azərbaycanlı mütəxəssis istər-istəməz mentaliteti bilir, yerli futbolçuların hamısını tanıyır, Azərbaycanda olur, hamısını izləyir. Əcnəbi baş məşqçi isə istər-istəməz çox oyunu izləmir. O, mentaliteti də bilmədiyindən, mənə elə gəlir ki, baş məşqçinin yerli olması daha münasibdir.
- Yeri gəlmişkən, oyunu millimizin baş məşqçi səlahiyyətlərini icra edən Mahmud Qurbanov da izləyirdi. Ondan Norveçlə oyuna dəvət gözləyirsiniz?
- Bəli, gözləyirəm. Əlimdən gələni edəcəyəm ki, milliyə yenidən dəvət alım. Bu, hər bir futbolçunun arzusudur. Mən də istəyirəm ki, oynayım.