
Avropa Liqasının qrup mərhələsində Ukrayna "Dnepr"i ilə təkrar oyununa çıxacaq Ağdamın "Qarabağ" klubu azarkeşlərə müraciət edib. Sportnet.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı xəbər yayıb.
Muraciətdə bildirilir ki, qeyri-qanuni bilet alveri, saxta bilet satışı ehtimalı nəzərə alənmaqla xüsusi tədbirlərin həyata keçirilməsi planlaşdırılır.
Biletlərinin üzərinə ölkə xaricində hazırlanmış xüsusi holoqramlar vurulacaq. Bu holoqram məxsusi "Qarabağ" üçün hazırlandığdan, onun saxtalaşdırılması mümkün olmayacaq.
Azarkeşlərdən biletləri hansısa fərdi şəxslərdən deyil, Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından almaları istənilib. Əks halda, holoqramı olmayan biletlər etibarsız sayılacaq.
Biletlər bazar ertəsi, noyabrın 3-də saat 9:00-dan etibarən satışa çıxarılacaq.
Qeyd edək ki, "Qarabağ" - "Dnper" matçı 6 noyabr saat 21:00-da Respublika stadionunda baş tutacaq.