Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası
keçirilib. Sportnet.az-ın məlumatına görə, iclasda U-15 liqasında aşkarlanan lipa ilə qərar bağlı qərar qəbul olunub.
Belə ki, U-15 Liqası "Əlincə" klubunun futbolçusu Arzu İsmayılzadənin sənədlərinin saxta olması aşkarlanıb. Bu səbəbdən həmin futbolçunun iştirakı ilə keçirilən bütün oyunlara "Əlincə" klubuna texniki məğlubiyyət verilib.
Qeyd edək ki, 10 oktyabr 2014-cü il U-14 Liqasının "Gənclərbirliyi” – "Qoşqar” (UGİM) matçında "Gənclərbirliyi” klubu tərəfindən limitin pozulmasına görə isə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.