Avropa
Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ”ın qonağ olan Ukrayna "Dnepr”inin
futbolçusu Nikola Kaliniç "2+2”
kanalına müsahibə verib. Sportnet.az-ın məlumatına görə, Bakıda dubl edən
futbolçu bir sıra məsələlərə toxunub.
- Nikola, zəhmət olmasa ikinci qolun barədə danışardın.
- Yaxşı
ötürmə olundu, mən də topu qəbul etdim. Çevrildim, həmin an vurmaq istədim ama alınmadı. Yəqin ki, qapıçı zərbənin güclü olacağını gözləyirdi. Düzdür, qol biraz kobud
alındı ancaq əsas odu top qapıya getdi.
- Səninlə imzalanmış 5 illik müqavilə yəqin ki sizə əlavə güc verəcək.
- Mən
müqavilədən əvvəl də qol vururdum, indi də bunun davamını gətirəcəm.
- Miron Markeviç daxili çempionatın Avropa Liqasından daha vacib olduğunu vurğulayıb. Bu günkü (dünən) oyun bu yanaşmanı dəyişə bilərmi?
- Düzdür,
baş məşqçimiz əvvəldən bildirirdi ki, əsas daxili çempionatdı. Ancaq biz hər
bir oyunda mübarizə apararaq Avropa Liqasında maksimum irəliyə getmək
istəyirik.
- "Şaxtyor”la oyundan öncə əhvalınız necədir?
- Əlbəttə ki yaxşıdır. Xüsusən də "Dinamo”ya o cürə məğlubiyyətdən sonra.