
Avropa
Liqasının qrup mərhələsində "Qarabağ” klubunun rəqibi olan Fransa "Sent Etyen”inin
yarımmüdafiəçisi Fabien Lemuan klubun rəsmi saytına açıqlama verib.
Sportnet.az-ın məlumatına görə, futbolçu mübarizə apardıqları F qrupu barədə
fikirlərini bildirib.
Yarımmüdafiəçi
ilk öncə "İnter”lə oyun barədə danışıb: "Bu oyunda tərəflərdən biri qələbə
qazana bilərdi. "İnter”in hələ fasiləyə kimi hesabı 0:2 etmək şansı vardı. Həmçinin
ikinci hissədə də bizim qələbə qazanmaq şansımız vardı. İlk hissədə biz bir qədər
çəkinsək də, ikinci hissədə lazımi oyunu göstərə bildik. Doğma meydan amilindən
istifadə edərək daha yaxşı nəticə qazana bilərdik”.
Lemuan daha sonra qrupdakı vəziyyət barədə fikirlərini bildirib: "Dnepr”in "Qarabağ”ı məğlub etməsi bizi ikinci pilləyə daşıdı. Lakin hər üç komandanın aktivində 4 xal var. Bizim hələ də şansımız qalır. Qarşıda iki matçımız var. Bunlardan biri evdə "Qarabağ”a qarşıdı. Bu oyun hər şeyi həll edə bilər”.