"Xəzər Lənkəran” futbol klubunun Mirça Redniki baş məşqçi
postuna qaytaracağına dair iddialara bu gün son nöqtə qoyula bilər. Bu barədə
ruminyalı mütəxəssisin özü Sportnet.az-a açıqlama verib. Rednik bildirib ki,
yaxın saatlarda klubun vitse-prezidenti Tuyqun Nadirovla danışacaq.
Onun
sözlərinə görə, məsələyə məhz həmin danışıqdan sonra aydınlıq gələcək:
"Nadirov bu gün mənə cavab verməlidir. Ona görə də bir neçə saatdan
sonra mənə zəng vursanız, daha düzgün məlumat verə bilərəm”.
Rednik
"Xəzər Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimovun onu komandaya qaytarmaq
istəmədiyinə dair iddialara da münasibət bildirib: "Mən bunu dəqiq bilmərəm. Çünki
indiyədək klubdan yalnız Nadirovla danışmışam”.
Qeyd
edək ki, "Xəzər Lənkəran"da Mustafa Dənizli ilə yollar ayrıldıqdan
sonra baş məşqçi postuna Mirça Rednikin gətiriləcəyi deyilir. Daha bir
real namizəd qismində isə Dənizlinin sabiq köməkçisi Oğuz Çətinin adı çəkilir.
Elmar VƏLİYEV