
Koreyanın Jeju şəhərində keçirilən boks üzrə qadınlar
arasında dünya çempionatında ¼ finalçıların adları məlum olub. Sportnet.az-ın məlumatına görə,
Azərbaycan milli komandasının 3 üzvü ¼ finalda mübarizə aparmaq hüququ qazanıb.Yelena Vıstropovadan sonra daha iki boksçumuz – Anna
Əlimərdanova (54 kq) və Yana Alekseyeva da (60 kq) növbəti mərhələyə
yüksəliblər. Əlimərdanova 1/8 finalda İrlandiya idmançısı Mikaella Volşu məğlub
edib – 2:0. Boksçumuz ¼ finalda türkiyəli Ayşə Taşla üz-üzə gələcək.
Alekseyeva isə ukraynalı Yuliya Tsıplakovanı mübarizədən
kənarlaşdırıb – 3:0. Seçmə komandamızın üzvünün növbəti rəqibi Avstraliya
təmsilçisi Şelli Vatts olacaq.
Xatırladaq ki, dünən Yelena Vıstropova da (69 kq) ¼ finala
vəsiqə qazanmışdı. ¼ final mərhələsinin görüşləri noyabrın 21-də keçiriləcək.