Azərbaycan
millisinin sabiq futbolçusu Rail Məlikov komandasının məşqinə buraxılmayıb.
Spornet.az-ın məlumatına görə, Məlikov komandanın düşərgəsinə gec qoşulduğu
üçün qovulub.
Belə ki, milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən istifadə edən "Dənizlispor” futbolçuları istirahətə buraxılıblar. Anasının xəstələnməsi səbəbindən rəhbərliyə xəbər etmədən bir gün gec qayıdan Məlikov komandanın məşqlərinə gec qoşulduğu üçün klubun məskunlaşdığı bazadan qovulub. Futbolçunu bazaya girişinə qadağa qoyulub. Həmyerlimizin ehtiyat komanda ilə məşq etməsinə qərar verilib.
Məsələ ilə bağlı "Dənizlispor” rəhbərliyindən heç bir açıqlama verilməyib. Texniki
heyətin Məlikovu rəhbərlikdən icazə almadan heyətdən kənarlaşdırdığı güman
edilir.