Azərbaycan millisinin və Rusiya "Rubin”inin futbolçusu Ruslan Abışov Türkiyənin "Ankaraspor” klubundan böyük məbləğdə pul istəyib. Bu barədə Sportnet.az-a qardaş ölkə komandasının baş məşqçisi Osman Özköylü məlumat verib.
Özköylünün sözlərinə görə, Abışovla maliyyə məsələlərində razılığa gələ bilməyiblər: "Ruslanla maraqlanmışdıq. Amma, o "Rubin”ə getdi. Biz indi Türkiyənin I Liqasında çıxış edirik, Superliqada yox. Abışovun istədiyi məbləğ bizim üçün çox yüksəkdir. Ona görə də Ruslanın transferi ilə bağlı düşünmək şansımız yoxdur. Əgər Superliqaya çıxsaydıq, mütləq transfer etmək istərdim”.
Özköylü 27 yaşlı müdafiəçini yenə də transfer etmək istədiklərini bildirib: "İndi də "Rubin”dən ayrılmaq istəyirmiş, amma bizdən istədiyi məbləğ çox yüksəkdir. Açığı, məndə Ruslanın nömrəsi olsaydı, onunla danışmağı və transfer etməyi çox istərdim. İndi məbləğlə bağlı məlumat vermək istəmirəm, düzgün çıxmaz".
Baş məşqçi Abışovun istədiyi məbləğin həcminə də aydınlıq gətirib: "Bizə onun "Rubin”də aldığı məbləğlə bağlı məlumat verdilər. Yüksəkdir. Bu şəraitdə ona əmək haqqı verə bilmərik. Çünki I Liqada mübarizə aparan komandayıq. Təbii ki, 500 min avrodan çoxdur. Bizim illik büdcəmiz 2 milyon avro civarındadır. Hardasa büdcəmizin 25-30 faizini ona verməliyik. Bu məbləği Ruslana versək, heç komanda qura bilmərik”.
Qeyd edək ki, "Rubin"də işləri qaydasında getməyən Ruslan Abışovun bir neçə klubla danışıqlar apardığı bildirilir.