İndoneziya futbol assosasiyası 12
futbolçu və meneceri ömürlük diskvalifikasiya edib. Sportnet.az-ın məlumatına
görə, buna səbəb onların oyunlarda qəsdən qol buraxması göstərilir.
Belə bir qərarın
verilməsində çempionatın "Sleman” – "Semaranq” görüşündə baş verənlər səbəb
olub. Belə ki, "Sleman” klubu 3:2 hesabı ilə qalib gəldiyi matçda qapısından
bilərəkdən 2 top keçirərək qəsdən məğlub olmağa çalışıb. Ancaq rəqib də sonrdan qəsdən öz
qapısından 3 qol buraxıb.
Araşdırmaların
nəticəsinə əsasən İntizam Komitəsi belə qərara gəlib ki, hər iki komanda
bilərəkən uduzaraq pley-off mərhələsinin yarımfinalında "Borneo”
klubu qarşılaşmasın.
Qeyd edək ki, hər iki klubun daha 3 futbolçusu 10 illik futboldan uzaqlaşdırılıb. Komandalar isə yüksək liqadan çıxarılıblar.