Azərbaycan Şahmat Federasiyasının (AŞF) rəhbərliyi yeniyetmə və gənclərdən ibarət yığma komandada çıxış edən şahmatçıların valideynləri ilə görüş keçirib.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən xəbər görə, görüşdə qurumun prezidenti Mahir Məmmədov AŞF-nin şahmatçılara dəstək proqramı barədə məlumat verib.
O, istedadlı uşaqların erkən yaşlardan aşkarlanması və inkişafdan geri qalmamasının diqqətdə saxlanıldığını qeyd edib.
Yeniyetmə və gənc şahmatçılardan ibarət yığma komandanın baş məşqçisi Nicat Məmmədov dəstək layihəsinə seçim, hazırlıq proqramından danışıb.
İclasda iştirak edən məşqçi Fərid Abbasov və AŞF-nin baş katibi İlahə Qədimova şahmatçıların hazırlığında valideynlərin xüsusi rolunun olduğunu vurğulayıb.
Tədbirdə uşaqların düzgün qidalanması və hazırlıq vaxtının səmərəli istifadəsinin vacibliyi barədə danışılıb.
Görüşün sonunda AŞF rəhbərliyi və məşqçilər valideynlərin suallarını cavablandırıb.





















































































