Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasının qrup
mərhələsində II turun oyunları keçiriləcək. Sportnet.az-ın
məlumatına
görə, əvvəlcə "Rabitə” meydana çıxacaq.
İlk oyunda Polşada
"Ximik”ə 0:3 (22:25; 19:25; 18:25) hesabı ilə uduzan təmsilçimiz bu dəfə "Sərhədçi” Olimpiya Mərkəzində Kazan "Dinamo”su ilə qarşılaşacaq. Bu oyunun Dejan Brdjoviçin yetirmələri
üçün gərgin keçəcəyi gözlənilir.
Digər təmsilçimiz "Azəryol” Türkiyənin İstanbul şəhərində meydana çıxacaq. İlk turda Bakıda "Nant”a 3:2 (25:17; 18:25; 18:25; 25:16; 20:18) hesabı ilə qalib gələn komandamız Türkiyənin ən yaxşı klublarından olan "Fənərbağça”nın qonağı olacaq.
Çempionlar Liqası
II tur
26
noyabr
A qrupu
17:00. "Rabitə” (Azərbaycan) – "Dinamo” (Kazan, Rusiya) - 3:2 (22:25; 23:25; 28:26; 25:21; 15:9)
"Sərhədçi” Olimpiya Mərkəzi.
Çempionlar Liqası
II tur
26 noyabr
B qrupu
21:00. "Fənərbağça” (Türkiyə) – "Azəryol” (Azərbaycan) - 3:1 (25:21, 25:20, 19:25, 25:16)
İstanbul, Burhan Fələk Voleybol Salonu.