"Qarabağ"ın
Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Dnepr"in baş
məşqçisi Miron Markeviç "İnter”lə oyundan öncə yerli jurnalistlərin
suallarını cavablayıb. Sportnet.az-ın məlumatına
görə, mütəxəssis Azərbaycan təmsilçisinin növbəti matçı ilə bağlı fikirlərini də bildirib.
O,
"Sent-Etyen"in "Qarabağ"la oyunda xal itirməyəcəklərini
bildirib: "Bizim vəziyyət çox sadədi. Düşünmürəm ki,
"Sent-Etyen" "Qarabağ"la oyunda xal itirsin.
"Dnepr"in taleyi isə fransalılarla son oyunda həll olunacaq. Amma necə olursa-olsun
"İnter"lə "San-Siro"da oynamaq istəyirik. Bu matçda nəinki
oynamaq, layiqli çıxış göstərməliyik".
Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsi çərçivəsindəki "Sent- Etyen" - "Qarabağ" görüşü sabah saat 00:05-də start götürəcək.