"Qarabağ”
klubunun Avropa Liqasındakı rəqibi "İnter”in baş məşqçisi Roberto Mançini komandasının
qarşısına qoyulan məqsəddən danışıb. Sportnet.az-ın məlumatına görə, italiyalı
mütəxəssis məqsədlərinin Çempionlar Liqası olduğunu bildirib.
Onun sözlərinə görə bu çətin olsa da, öhdəsindən gələcəkləri təqdirdə xoş bir hadisə olacaq. Mançini bütün fikirlərinin hər matçda qələbə qazanmaq olduğunu deyib: "Üçüncü yer uğrunda əsas rəqiblərimiz "Napoli”, "Milan” və "Fiorentina”dır. Bu komandalar hələ büdrəyəcəklər və biz bundan istifadə etməliyik”.
Qeyd edək ki, Avropa Liqasında "Qarabağ” "İnter”lə ilk matçda məğlub olub – 2:0. Qrupun son matçında da üz-üzə gələcək rəqiblər bu dəfə Bakıda qarşılaşacaqlar. Oyun dekabrın 11-i saat 21:00-da başlayacaq.