Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin iclasından sonra AFFA prezidenti Rövnəq Abdullayev mətbuat konfransı keçirib. Sportnet.az-ın
məlumatına görə, Rövnəq Abdullayev "Neftçi"nin maliyyə problemlərinə toxunub.
AFFA prezidenti SOCAR-ın "Neftçi”yə sponsor kimi pul ödədiyini bildirib: "Neftçi” ictimai klub olur. SOCAR oranın heç bir idarəetməsində iştirak etməyəcək. SOCAR yalnız sponsor kimi pul ödəyəcək. Mənim nə "Neftçi”nin maliyyəsindən, nə də büdcəsindən xəbərim var. "Skenderbeu”ya uduzanda öyrəndim ki, büdcələri 300 mindir”.