Azərbaycan
millisinin sabiq baş məşqçisi Coko Haciyevskinin yeni iş yeri məlum olub. Sportnet.az-ın
Makedoniya mətbuatına istinadən məlumatına görə, mütəxəssis bundan sonra yerli "Pelister”
klubunu çalışdıracaq.
Hələlik
müqavilənin şərtləri haqqında məlumat verilmir.
Vaxtilə
"Bakı” və "Simurq” klublarını çalışdırmış makedoniyalı bir dönəm Azərbaycan millisinə
də rəhbərlik etmişdir.
Haciyevskinin yeni komandası Makedoniya çempionatında 18 xalla 8-ci pillədə qərarlaşıb.