"Qarabağ”ın Avropa Liqasındakı rəqibi "İnter”
ölkə çempionatının son turunda doöma meydanda "Udineze”yə məğlub olub.
Sportnet.az-ın məlumatına görə, komandanın futbolçusu Mateo Kovaçiç baş məşqçi
Roberto Mançini müdafiə edib.
Onun sözlərinə görə, Mançiniyə vaxt
verilməlidir: "Hal-hazırda vəziyyətimiz yaxşı deyil. Ancaq baş məşqçiyə vaxt
verin. O, bir anda hər şeyi düzəldə bilməz. Təəssüf ki, indi yaxşı dövr
keçirmirik, ama irəli baxmaq lazımdır. Yaxşı komandamız var, lakin çox səhv edirik.
Baş məşqçiyə qulaq asmaq və işləmək lazımdır. İndi bu oyunu unudub "Qarabağ” və
"Kyevo” ilə qarşılaşmaları düşünməliyik”.
Qeyd edək ki, "İnter" dekabrın 11-i Avropa Liqasının qrup mərhələsinin son turunda Bakıda "Qarabağ"ın qonağı olacaq.