Sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında növbəti
Azərbaycan çempionatı keçiriləcək. Sportnet.az-ın Güləş Federasiyasının rəsmi saytına
istinadən məlumatına görə, yarışlar "Sərhədçi” İdman Olimpiya Mərkəzində
baş tutacaq.
Dünya
Güləş Birliyinin qaydalarına əsasən keçiriləcək yarışlar Azərbaycan Güləş
Federasiyası Hakimlər Kollegiyasının təyin etdiyi hakimlər tərəfindən idarə
olunacaq. Bununla yanaşı, görüşlərin obyektvi və ədalətlə
idarə olunması məqsədilə Dünya Güləş Birliyinin beynəlxalq dərəcəli
hakimlərinin də köməyindən istifadə olunacaq. Belə ki, artıq Azərbaycan
çempionatında ədaləti qorumaq üçün 10-a yaxın beynəlxalq dərəcəli hakim
ölkəmizə dəvət edilib. Xüsusilə prinsipial qarşılaşmalarda onların xidmətindən
istifadə ediləcək. Xatırladaq ki, Azərbaycan Güləş Federasiyası əvvəllər də ölkə
çempionatının yüksək səviyyədə təşkili üçün əcnəbi hakimləri yarışlara cəlb
edib.
Proqrama
əsasən, dekabrın 12-də saat 16:00-da ilk çəki prosesi həyata keçiriləcək.
Sərbəst güləş üzrə yarışların keçiriləcəyi ilk gündə57, 61, 65, 70, 74 kqçəki
dərəcələrində güləşçilər öz aralarında ən güclüləri müəyyənləşdirəcək. Dekabrın
14-də86, 97 və 125 kqsərbəst,59, 66, 71kq çəki
dərəcələrində yunan-Roma güləşçiləri, son gündə isə75, 80, 85, 98 və 130
kq yunan-Roma güləşçiləri mübarizə aparacaq.
Çəki dərəcələri üzrə ilk 3 yeri tutmuş idmançılar AGF tərəfindən müvafiq
diplom, medal və pul mükafatı ilə təltif olunacaq, həmin güləşçilər ölkə yığma
komandasının heyətinə cəlb ediləcək və tam dəst idman geyimi ilə təmin
olunacaqlar.
Yarışlar hər gün saat 10:00-da başlayacaq. Çempionatın rəsmi açılış mərasimi
dekabrın 13-də saat 17:00-da keçiriləcək. Final qarşılaşmaları "İdman
Azərbaycan" telekanalı vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, yarışlar 13-15 dekabr tarixlərində keçiriləcək.