Bu gün qadın voleybolçular arasında Çempionlar
Liqasının III turuna start veriləcək. Sportnet.az-ın məlumatına görə, Azərbaycan
klubları ilk dövrənin son oyunlarına çıxacaqlar.
"Rabitə”
səfərdə, "Azəryol” isə Bakıda oynayacaq. Hər iki klubumuz üçün qələbə vacibdir.
İlk
olaraq "Azəryol” meydana çıxacaq. Komandamız Rumıniya çemionu "Ştiinta”nı qəbul
edəcək. Bu oyunda təmsilçimizə qələbə vacibdir. Görüşün gərgin keçəcəyi
gözlənilir. Rəqib bunadək hər iki qarşılaşmada nə set, nə də xal ala bilməyib. "Azəryol”
qələbə qazanacağı təqdirdə turnir cədvəlində vəziyyətini yaxşılaşdıra bilər.
"Rabitə”
isə səfərdə Çexiya "Agel”inin qonağı olacaq. Matçın komandamız üçün asan
alınacağı gözlənilir. "Rabitə” də qələbə sayəsində qrupda vəziyyətini yaxşılaşdırmaq
imkanına malik olacaq.
Çempionlar Liqası
III tur
A qrupu
10 dekabr
20:30. "Agel" (Çexiya) – "Rabitə” (Azərbaycan) - 3:2 (25:19, 23:25, 27:25, 17:25, 15:13)
Prostejov, İdman Mərkəzi
Komanda |
O |
Q |
M |
S |
X |
Ximik |
3 |
2 |
1 |
8-3 |
7 |
Dinamo Kazan |
3 |
2 |
1 |
8-5 |
6 |
Rabitə |
3 |
1 |
2 |
5-8 |
3 |
Agel |
3 |
1 |
2 |
3-8 |
2 |
B qrupu
10 dekabr
18:00. "Azəryol” (Azərbaycan) – "Şiitinta” (Rumıniya) - 3:0 (27:25, 25:10, 25:23)
Bakı, Voleybol Mərkəzi
Komanda |
O |
Q |
M |
S |
X |
Fənərbağça |
3 |
3 |
0 |
9-1 |
9 |
Azəryol |
3 |
2 |
1 |
7-5 |
5 |
Nant |
3 |
1 |
2 |
5-6 |
5 |
Ştiinta |
3 |
0 |
3 |
0-9 |
0 |