
Avropa Liqasının 1/16 final mərhələsinə bütün vəsiqələrin sahibləri müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, dekabrın 15-də keçiriləcək püşkatmaya Avroliqanın 12 qrupunu ilk 2 pillədə tamamlamış 24 komandada əlavə, Çempionlar Liqasının 8 qrup 3-cüsü qatılacaq.
Onlar 2 səbətə bölünəcəklər:
Səpələnmişlər: "Borussiya” (Mönxenqladbax, Almaniya), "Brügge” (Belçika), "Beşiktaş” Türkiyə), "Zalsburq” (Avstriya), "Dinamo” (Moskva, Rusiya), "İnter” (İtaliya), "Feyenoord” (Hollandiya), "Everton” (İngiltərə), "Napoli” (İtaliya), "Dinamo” (Kiyev, Ukrayna), "Fiorentina” (İtaliya), "Legiya” (Polşa), "Olimpiakos” (Yunanıstan), "Sportinq” (Portuqaliya), "Atletik” (Bilbao, İspaniya), "Zenit” (Rusiya)
Səpələnməmişlər: "Vilyarreal” (İspaniya), "Torino” (İtaliya), "Tottenhem” (İngiltərə), "Seltik” (Şotlandiya), PSV (Hollandiya), "Dnepr” (Ukrayna), "Sevilya” (İspaniya), "Volfsburq” (Almaniya), "Yanq Boyz” (İsveçrə), "Olborq” (Danimarka), "Genqam” (Fransa), "Trabzonspor” (Türkiyə), "Anderlext” (Belçika), "Ayaks” (Hollandiya), "Liverpul” (İngiltərə), "Roma” (İtaliya).
Qeyd edək ki, İsveçrənin Nyon şəhərində keçiriləcək mərasim saat 16:00-da başlanacaq.