1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Robert Prosineçki: “Qarabağ” qalib gəlməliydi"
Azərbaycan milli komandanın baş məşqçisi Robert Prosineçki UEFA Avropa Liqasının qrup mərhələsində keçirilmiş "Qarabağ” – "İnter” oyunu ilə bağlı fikirlərini bildirib. Sportnet.az-ın məlumatına görə, AFFA-nın rəsmi saytına danışan xorvatiyalı mütəxəssis ağdamlıların qolunun qeydə alınmamasını hakimin özbaşınalığı kimi qiymətləndirib:
"Azərbaycan futbol tarixinin ən vacib oyunlarından biri idi. İlk dəfə bir Azərbaycan klubu 1/16 final mərhələsinə vəsiqə qazanmağa bu qədər yaxınlaşmışdı. "Qarabağ”ın son dəqiqələrdə qaydalara uyğun vurduğu qolu çexiyalı referi qeydə almadı. Bir nəfərin özbaşınalığı, ağlasığmaz qərarı bütün Azərbaycan xalqını məyus etdi. Başa düşmürəm, nəyə görə hakim təmiz qolu qeydə almadı?! "Qarabağ” həmin oyunda qalib gəlməliydi. Təəssüf ki, onun bu qərarı azarkeşlərin qəlbində silinməz iz qoydu.
Prosineçki "Qarabağ"ın heyətində çıxış edən yığmanın futbolçularının çıxışından razı qaldığını söyləyib: "Millinin üzvlərinə gəlincə, dünən bəzi epizodlarda daha yaxşı oynaya bilərdilər. Ümumilikdə götürsək, onların çıxışından razıyam. Onların potensialına bələdəm. Bilirəm ki, dünənkindən də yaxşı oynaya bilərlər. Xüsusilə, gənc oyunçuların potensialını qeyd etmək, onların üzərində işləmək lazımdır. Bilirik ki, onlar bundan da yaxşı oynaya bilərlər. Ad çəkmək istəmirəm. Hamı bilir ki, söhbət kimlərdən gedir. Onlar öz üzərilərində daha çox işləməlidirlər. Aşağı yaş qruplarından ibarət yığmalarda da istedadlı, potensialı yüksək olan uşaqlar var. Onları düzgün istiqamətləndirib bacarıqlarından istifadə etməliyik”.
Qeyd edək ki, "Qarabağ" - "İnter" matçı 0:0 hesabı ilə yekunlaşıb.