1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Neftçi"nin hücumçusu: "Ona cavab qaytarmamalı idim" - MÜSAHİBƏ
"Neftçi"nin hücumçusu Ruslan Qurbanovun Sportnet.az-a müsahibəsi
- "Sumqayıt"la oyun barədə nə deyə bilərsiniz?
- "Sumqayıt" yaxşı komandadır. İldən-ilə oyunlarında artım olur. Onlarla açıq futbol oynamaq olmaz. Müdafiədən hücuma yaxşı keçirlər. İmkan versək, hücumlardan yaxşı yararlanırlar. Biz də bunları nəzərə alaraq, oynadıq və qələbəyə nail olduq. Nəticədə lider "Qarabağ"la xal fərqimiz azaldı. Növbəti oyunumuz "İnter"lədir. Çalışacağıq ki, bu oyunda da uğurlu çıxış edək.
- Oyuna əvəzetmədən daxil oldunuz və əvəzləndiniz...
- Ağrılar hiss etdim. Düşündüm ki, davam etsəm, vəziyyət daha da pisləşə bilər. Ona görə də əvəzləndim.
- Bir epizodda komanda yoldaşınız Oskar Kardozo ilə mübahisəniz oldu. Nə baş vermişdi?
- O, məndən böyükdür və mən cavab qaytarmamalı idim. Bunlar əsəbilikdən olur. Paltardəyişmə otağında söhbət etdik və bir-birimizi başa düşdük.
- Yığmanın baş məşqçisi Robert Prosineçki də oyunu izlədi. Necə düşünürsünüz, baş məşqçi Sizi də yığmaya dəvət edə bilər?
- Təyinatı ilə bağlı təbrik edirəm. Onun oyunumuzu izləməsi bizim üçün motivasiyadır. Ümid edirəm ki, mən də milli komandaya dəvət edilərəm.
- Emil Balayevin" "Ayntraxt"a keçidi sizə motivasıya verir?
- Təbii ki, o da gənc oyunçudur. Bu da biz gənclərə müsbət motivasiya verir ki, öz üzərimizdə daha çox işləyək. Tək Bundesliqa yox, başqa liqalarda da çıxış etmək olar. Bu keçidə görə Emili təbrik edirəm və ona uğurlar arzu edirəm.