
"Xəzər Lənkəran" kimi komandanın baş məşqçisi olmaq şərəfdi. İnanıram ki, bu çətin vəzifənin öhdəsindən layiqincə gələcəm". Bu sözləri Sportnet.az-a açıqlamasında "Xəzər Lənkəran"ın yeni baş məşqçisi Elbrus Məmmədov deyib.
O bildirib ki, "ağ-yaşıllar"ın heyətində gəncləşdirmə siyasəti aparmaqla yanaşı iddialı bir komanda qurmağa çalışacaq: "Mən çalışacam ki, yeni işimdə komandam üçün uğurlu olum. Rəhbərlik komandada gəncləşdirmə siyasəti aparır. Bu təbii ki, bizim üçün yaxşıdı. Əvəzəedici heyətin üzvlərini yaxşı tanıyıram. Onlar komandaya xeyir verə biləcəklər. Komandanın idman direktoru Yunis Hüseynov da mənə yeni işimdə kömək edəcək. İnanıram ki, biz əlimizdən gələnin ən yaxşısını edəcəyik".