
İspaniyanın "Barselona" klubunun baş məşqçisi Luis Enrike və Lionel Messi arasında qalmaqal getdikcə böyüyür. Sportnet.az-ın məlumatına görə, bazar ertəsi günü məşqə gəlməyən və gün ərzində telefonunu açmayan argentinalı futbolçunu məşqçi cəzalandırmaq istəyib.
Məsələdən xəbərdar olan Messi klub rəhbərliyinin qarşısan şərt qoyub. Ölkənin "Kadena Kope" radiosunun məlumatına görə, Messi klub rəhbərliyinə "Burada ya mən, ya da Messi qalacaq" deyib. Klub rəsmiləri 27 yaşlı futbolçuya Luis Enrikeni tez zamanda vəzifəsindən uzaqlaşdıracaqlarına söz veriblər.















































































