MDB ölkələrindən olan futbolçuların Rusiya çempionatında legioner sayılmaması təklif olunub. Sportnet.az-ın məlumatına görə, belə bir təkliflə Moskva "Lokomotiv"inin baş məşqçisi Miodraq Bojoviç çıxış edib.
Onun fikrincə, Rusiya futbolunun xeyrinə olan bir şey fikirləşmək lazımdır: "Məncə, hazırkı, ya da heç olmasa, MDB ölkələrindən olanlar üçün limiti götürmək lazımdır".
Qeyd edək ki, 2014-cü il dekabrın 16-da Rusiya Futbol İttifaqının İcraiyyə Komitəsi legionerlərə "10+15" sistemi üzrə limit tətbiq edib. Həmin limitə əsasən, klublar bir mövsüm üçün 10 legioner və 15 yerli futbolçu sifariş edə bilərlər. Hazırda isə hər bir komandanın "11-liy"ində maksimum 7 legionerin çıxış etmə hüququ var.