1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
AFFA-dan "Neftçi"yə ikiqat zərbə
AFFA-nın İntizam Komitəsi bu gün növbəti iclasını keçirib. Sportnet.az-ın məlumatına görə, iclasda "Neftçi"yə 1500 manat cərimə kəsilib.
Buna paytaxt klubunun həm əsas, həm də əvəzedici komandasının 4 futbolçusunun Zaqatala "Simurq"u ilə görüşlərdə sarı vərəqə alması səbəb olub. "Ağ-qaralar" əsas heyətdə futbolçulara verilən sarı vərəqələrə görə 1000, əvəzedici heyətdəki "sarı"lara görə isə 500 manat ödəməli olacaq.
İntizam Komitəsi paytaxtın AZAL klubunu da cəzasız qoymayıb. "Qəbələ" ilə oyunun 78-ci dəqiqəsində "təyyarəçilər"in futbolçusu Viktor İqbekoyi idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub isə 200 manat cərimə olunub.