Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışı çərçivəsində 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Qananın eyni yaş üzrə komandası ilə qarşılaşır. Sportnet.az-ın Antalyaya ezam olunmuş əməkdaşının məlumatına görə, millinin 1:2 hesabı ilə geridə olduğu matçı əsas yığma komandanın baş məşqçisi öz köməkçiləri ilə birgə izləyir.
Eləcə də oyunu izləyənlər arasında AFFA-nın baş katibi Elxan Məmmədov və "Sumqayıt" klubunun prezidenti Kamran Quliyev də var.