
Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki bu gün komanda ilə birgə Bakıya qayıtmayacaq. Sportnet.az-ın məlumatına görə, o, Vaqif Cavadov və Mahir Şükürovun oyunlarını izləmək üçün Türkiyədə qalacaq.
Şükürov "Karşıyaka”, Cavadov isə "Boluspor”da cıxış edir.
Qeyd edək ki, fevralın 27-də "Boluspor" doğma meydanda "Bucaspor"u, bir gün sonra isə "Karşıyaka" "Orduspor"u qəbul edəcək.