Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI turun oyunları keçirilib. Sportnet.az-ın məlumatına görə, turun mərkəzi görüşü Bakıda "İnter"lə "Qəbələ" arasında baş tutub.
Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 2:1. Bu nəticədən sonra "Qəbələ" 4-cü pillədə möhkəmlənib. "İnter" isə çempionluq şanslarını daha da azaldıb. Buna lider "Qarabağ"ın "Sumqayıt"ı səfərdə məğlub etməsi də təsirsiz ötüşməyib. Düzdür, hesabı meydan sahibləri açıb. Amma Reynaldo "dubl" edərək, komandasına 3 xal qazandırıb.
"Qəbələ"nin xal itkisi "Simurq" və AZAL-a faydalı olub. Hər iki komanda müvafiq olaraq, "Bakı" və "Xəzər Lənkəran"ın qapısından 3 top keçirərək, turu qələbə ilə başa vura və "qırmızı qaralar"a yaxınlaşa biliblər.
"Sumqayıt": 1. Andrey Popoviç 2. Slavik Alxasov 3. Vurğun Hüseynov 5. Cəmil Hacıyev 7. Ruslan Poladov (k) 9. Orxan Əliyev 14. Məhəmməd Qurbanov 18. Aleksandr Çertoqanov 22. Tofiq Mikayılov 45. Murad Ağayev 92. Bəxtiyar Həsənalızadə
Ehtiyat oyunçular: 63. Şahruddin Məhəmmədəliyev 10. Tərzin Cahangirov 11. Şahin Əliyev 15. Nodar Məmmədov 17. Pərdis Fərcad-Azad 76. Uğur Pamuk 97. Xəyal Nəcəfov
Baş məşqçi: Aqil Məmmədov
"Qarabağ": 13. İbrahim Şehiç 2. Qara Qarayev 5. Maksim Medvedev 9. Reynaldo 10. Muarem Muarem 14. Rəşad Sadıqov (k) 17. Vüqar Nadirov 20. Riçard Almeyda 25. Ansi Aqolli 41. Leroy Corc 55. Bədavi Hüseynov
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev 6. Hacı Əhmədov 7. Namiq Yusifov 18. İlqar Qurbanov 24. Admir Teli 77. Cavid Tağıyev 99. Namiq Ələsgərov
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Ramil Diniyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Akif Məmmədov
Sumqayıt, "Kapital Bank Arena”
18:00. "İnter” – "Qəbələ” - 1:2
Qollar: Aleksandr Amisulaşvili, 74 - Aleksey Qay, 39. Ruslan Abışov, 90+1
"İnter”: 25. Səlahət Ağayev (k), 3. Laşa Salukvadze, 5. Aleksandr Amisulaşvili, 10. Elvin Məmmədov, 17. Məhəmməd Mirzəbəyov, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 23. Vojislav Stankoviç, 28. Baçana Tsxadadze, 88. Derlis Meza Kolli, 91. Coşqun Diniyev
Ehtiyat oyunçular: 1. Giorgi Lomaya, 7. Abdulla Abatsiyev, 11. Asif Məmmədov, 12. Franka Nildo, 15. Yohan Bokonyano, 33. Matiya Şpiçiç, 80. Nizami Hacıyev
Baş məşqçi: Kaxaber Sxadadze
"Qəbələ”: 22. Dmitri Bezotosnı, 4. Elvin Camalov, 9. Viktor Mendi, 14. Cavid Hüseynov, 15. Ruslan Abışov (k), 18. Ruslan Fomin, 19. Aleksey Qay, 20. Rikardinyo, 27. Bəxtiyar Soltanov, 34. Ürfan Abbasov, 44. Rafael Santos
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 7. Ruslan Əmircanov, 6. Rəşad Sadiqov, 16. Ruslan Tağızadə, 25. Adrian Ropotan, 32. Mixail Sivakov, 99. Tellur Mütəllimov
Baş məşqçi: Roman Qriqorçuk
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Munis Abdullayev
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Vüsal Əliyev
AFFA nümayəndəsi: Oqtay Abdullayev
Hakim-inspektor: Məlik Həsənov
Bakı, "İnter Arena”.
5-ci dəqiqədə "Qəbələ"nin vurduğu qolda hakim ofsayd qeydə alıb.