1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Şok: Cüdoçularımızı Yaponiyadan qovdular
Cüdo üzrə yığma komandamız Yaponiyada baş tutan 20 günlük təlim-məşq toplanışından sonra aprelin 22-də vətənə dönüb. Sportnet.az-ın "Futbol+"ə istinadən məlumatına görə, toplanışı nəzərdə tutulan vaxtdan erkən bitirən millimizi bu ölkədən deportasiya ediblər.
Amma bu iki hadisəyə görə komandanı Yaponiyadan çıxardılar. Buna səbəb isə millinin heyətinə cəlb edilən 2 gənc cüdoçu olub. Belə ki, Mehman Sadıqov və Qurban Qurbanov bu ölkənin ticarət mərkəzlərindən birində alış-veriş etmək qərarına gəlib. Dükanların birindən gizli şəkildə paltar çıxarmaq, yəni oğurlamaq istəyərkən yaxalanıblar və bu üzdən komandamız deportasiya olunub.
Məsələ ilə bağlı millinin köməkçi-məşqçisi Mehman Əzizov "Futbol+" qəzetinə açıqlamasında problemi başqa cür şərh edib: "Bizim məşqdən sonra azyaşlıların hazırlığı olurdu. Bizim cüdoçulardan biri həmin uşaqlardan hansınısa yuxarı qaldırdı, biri onunla şəkil çəkdirdi. Bu da uşaq sevgisindən qaynaqlanırdı. Bu da yaponların xoşlarına gəlmədi. Belədə bizim üçün orda bir qədər problem yarandı. Uşağın valideyni baş məşqçiyə şikayət etdi. Oğurluq hadisəsi isə olmayıb. Kimsə bu məlumatı şişirdib”.
"Qəbələ”nin üzvü, yeniyetmələr arasında Avropa çempionu, gənclər arasında AÇ və DÇ-nin bürünc medalçısı Mehman Sadıqov isə məsələ ilə bağlı bunları söyləyib: "Bizim hazırlıqdan sonra yapon uşaqlarının məşqi olur. Bizim uşaqlar da onları çiyinlərinə alıb şəkil çəkdiriblər. Sən demə, orda belə şeylər yolverilməz imiş. Valideynlərin şikayətindən sonra federasiya nümayəndələri gəlmişdi. Bundan sonra daha bir məsələ oldu və geri qayıtmaq məcburiyyətində qaldıq. Birinci hadisəyə görə Yaponiyanı vaxtından əvvəl tərk etmək söhbəti ortaya çıxmışdı. İkinci olaydan sonra erkən qayıdışımız dəqiqləşdi. Əslində orda baş verən hadisə bura bir qədər fərqli çatıb. Bəli, Qurban və mən dükanda olmuşuq. Amma cibimizdə pulumuz var idi və paltar oğurlamaqdan söhbət gedə bilməz. Paltar seçib götürdük. Ancaq üstümüzdə çek olmadığından satıcı bizi oğurluqda günahlandırdı. Ona başa salmağa çalışdıq ki, bunu oğurlamaq fikrimiz yoxdu. Bizdə dollar olduğundan pulu dəyişməli idik. Onlar ancaq ödənişi Yaponiyanın milli valyutası olan yen ilə qəbul edirdi. "Bizi buraxın, pulu dəyişib gələk” söylədik. Onlar isə yalnız polislə birgə gedib, pulu dəyişdikdən sonra geri qayıdaraq paltarı ala biləcəyimizi söylədilər. Polis bizdən pasport istədi. Sənədlərimiz baş məşqçidə olduğundan Hacıağa müəllim də ora gəldi. Sənədlərimizi təqdim etdik, dolları yenlə dəyişib, paltarı aldıq və məsələ bağlandı. Amma bu iki hadisəyə komandanı Yaponiyadan çıxardılar. Bəli, bizə görə bu hadisə oldu. Məşqçilər də bizi danladı”.
"Mətbuatda yayılan məlumatlar yalandır. İdmançılarımız Yaponiyada heç bir oğurluqda iştirak etməyib”. Bu sözləri "Qafqazinfo”ya açıqlamasında Azərbaycan Cüdo Federasiyasının baş katibi Elnur Camalxanov deyib.
O, Yaponiyaya səfər edən idmançılarımızın bu ölkədə oğurluq etdiklərinə görə təlim-məşq toplanışını yarımçıq qoyub geri qayıtması ilə bağlı xəbərlərə münasibət bildirib. Federasiya rəsmisi millimizin üzvlərinin zədəyə görə səfərdən tez qayıtdıqlarını bildirib: "Bizim komanda ora az heyətlə getmişdi. Həmişə idmançıların sayı çox olurdu. Bu dəfə isə fərqli idi. Millimizin Yaponiyadan tez qayıtmasına səbəb zədələrdir. Heyətin bir neçə üzvü zədələndiyinə görə təlim-məşq toplanışını davam etdirmək mümkün olmayıb. Onlar vətənə dönüblər. Bildiyiniz kimi burada Avropa oyunlarına hazırlaşmaq lazımdır. Həmçinin ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş turnir keçiriləcək. Cüdoçularımız da bu yarışlara hazırlaşacaqlar”.
Camalxanov həmçinin millimizin üzvlərinin bir uşaqlar şəkil çəkdirdiyinə görə problem yaşadıqlarını da bildirib: "Orada qaydalar fərqlidir. Millimizin üzvlərindən biri bir uşaqlar şəkil çəkdirib. Həmin uşağın valideyni də buna görə şikayət edib. Cinayət tərkibli bir hadisə olmayıb. Bilirsiz, Gürcüstan millisi Yaponiyada təyin olunmamış gündə Yaponiyada balıq tutduğuna görə ora buraxılmır”.