
Gürcüstanın şahmat üzrə qadınlardan ibarət yığma komandası Çində keçirilən dünya çempionatının qalibi olub. Sportnet.az-ın məlumatına görə, sonuncu turda qonşu ölkə millisi təşkilatçıları 2,5:1,5 hesabı ilə məğlub edib.
Nəticədə Gürcüstan yığması 17 xalla birinci yeri tutub. Dünya çempionluğu münasibətilə Gürcüstanın baş naziri İrakli Qaribaşvili komandanı təbrik edib.
Qeyd edək ki, Gürcüstan Şahmat Federasiyasının sponsoru "SOCAR Energy Georgia" şirkətidir. ("Report")