Futbol üzrə İngiltərə milli komandasının düşərgəsində qalmaqal baş verib. Sportnet.az-ın "Daily Mail"ə istinadən məlumatına görə, yığmanın qaldığı 5 ulduzlu "Royal Tulip" mehmanxanasının balkonunda çılpaq qadın görünüb.
Həmin vaxt milli üzvləri Rio-de-Janeyrodakı məşq bazasında olublar. Şahidlər bildirir ki, qadın öz görkəmindən nəinki utanıb, hətta açıq-saçıq görünməsində maraqlı olub. Bir müddət bədənini nümayiş etdirdikdən sonra o, bir anlığa otel nömrəsində gizlənib, ardından balkona alt paltarı ilə çıxaraq, geyinməyə başlayıb.
Olaydan dərhal sonra otelin mühafizəçilərinə töhmət elan olunub. İngiltərə millisinin baş məşqçisi Roy Hocson isə futbolçuların həyat yoldaşları və rəfiqələri ilə birgə olmalarına qadağa qoyub. Komanda rəsmiləri bu qalmaqalın futbolçuların emosional durumuna heç cür təsir etməyəcəklərinə ümidvar olduqlarını bildiriblər.
Qeyd edək ki, İngiltərə millisi növbəti oyununu iyunun 19-da Bakı vaxtı ilə saat 24:00-da Uruqvay yığmasına qarşı keçirəcək. İlk turda İtaliyaya 1:2 hesabı ilə uduzan baş məşqçi Roy Hocsonun komandası 1/8 finala vəsiqə şanslarını qorumaq üçün qalib gəlməlidir.