1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
FİFA məmurları üçün inanılmaz məbləğdə rüşvət!
FİFA-da son 19 ildə alınan rüşvətin həcmi 10 milyard dollardan çox olub. Sportnet.az-ın məlumatına görə, bu barədə ABŞ-ın baş prokuroru Loretta Linç açıqlama verib.
O bildirib ki, 2016-cı il Amerika Kubokuna hazırlığın gedişində alınmış rüşvətin məbləği 110 milyon dollar olub. Eyni zamanda, 2011-ci ildə FİFA rəhbərliyinə seçki, 2010-cu il dünya çempionatının və 2016-cı il Libertadores Kubokunun təşkilatçısı rüşvət yolu ilə həllini tapıb. Linçin sözlərinə görə, FİFA rəsmilərinin İsveçrənin Sürix şəhərindəki həbsi uzunmüddətli araşdırmaların nəticəsidir. Baş prokeror ali futbol qurumu məmurlarının 20 ildir davam edən reketçilikdə, pulların yuyulmasında vıə fırıldaqçılıqda ittiham olunduqlarını vurğulayıb. O da məlum oldu ki, FİFA-nın korrupsiyada ittiham olunan 6 üzvü qeyri-qanuni gəlirlərindən 150 milyon dolları qaytarmağa razılaşıb. Lakin Linç bildirib ki, hələlik FİFA prezidenti Yozef Blatter təşkilatdakı korrupsiya ilə bağlı ittiham olunanlar siyahısında deyil.
Qeyd edək ki, iş üzrə ümumilikdə 14 nəfərin adı hallanır. Onların arasında FİFA vitse-prezidentləri Ceffri Uebb və Euxenio Figeredo da var. Rusiyanın idman naziri Vitali Mutko isə DÇ-2018 və DÇ-2022-nin ev sahiblərinin müəyyənləşdirilməsi işindəki korrupsiya ilə əlaqədar İsveçrə baş prokurorluğuna dindirilməyə çağırılıb.