“Çətin oyun olacağını bilirdik. Təəssüf ki, istədiyimiz nəticəni qazana bilmədik. İndi dincəlməli və növbəti oyuna hazırlaşmalıyıq”.
Sportnet.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Kamilo Duran Azərbaycan Premyer Liqasının XXXI turunda səfərdə “Qəbələ” ilə 1:1 hesablı heç-heçəni şərh edərkən deyib.
24 yaşlı hücumçu komandanın motivasiyasının azaldığı ilə bağlı fikirlərlə razılaşmayıb: “Hansı komanda məğlub olmaq və ya qələbə qazanmamaq istəyər ki? “Qarabağ” həmişə qələbəyə öyrəşmiş komandadır. Sadəcə, bəzən alınmır”.
Duran kubokun final oyunu barədə suala da münasibət bildirib: “Heç bir komandaya azarkeşlik etməyəcəyəm. Ən yaxşısı qalib gəlsin”.
Kolumbiyalı futbolçu gələcək karyerası ilə bağlı sualı da cavablandırıb: “Mənim bütün fikrim və düşüncəm “Qarabağ”ladır. Klubla daha iki illik müqaviləm var. Mövsümün sonunda nə baş verəcəyini deyə bilmərəm, amma kluba bağlıyam”.
Haşım MƏMMƏD

















































































