FİFA-nın Etika Komitəsi 11 nəfəri futbolla bağlı istənilən fəaliyyətdən kənarlaşdırıb. Sportnet.az-ın məlumatına görə, bu barədə ali futbol qurumunun rəsmi saytı açıqlama yayıb.
Komitənin Arbitraj Palatasının rəhbəri Hans Yoahim Ekkert deyib: "Futbolla tam əlaqəli və belə ciddi xarakter daşıyan araşdırma ilə əlaqədar gecikməz və təxirəsalmaz tədbirlər görmək lazım idi. Araşdırma öz kursu və FİFA-nın Eika Kodeksinə uyğun gedəcək".
İşindən uzaqlaşdırılanlar bunlardır: Ceffri Uebb, Eduardo Li, Xulio Roka, Kostas Takkas, Cek Uorner, Euxenio Figeredo, Rafael Eskivela, Xose Mariya Marin, Nikolas Leos, Çak Bleyzer və Derill Uorner.