Futbol üzrə İspaniya Kubokunda 1/8 final mərhələsinin son 2 oyunu keçirilib. Sportnet.az-ın məlumatına görə, "Barselona" evdə 5:0 hesabı ilə yendiyi "Elçe"nin qapısından səfərdə 4 cavabsız top keçirib.
Bu görüşdə Lionel Messi iştirak etməyib. "Real Madrid" isə evdə "Atletiko"nun müqavimətini qıra bilməyib - 2:2. Qonaqların heyətində yeni transfer Fernando Torres həm ilk yarıda, həm də fasilədən sonra elə birinci dəqiqədə fərqlənərək, vaxtilə ən yaxşı illərini keçirdiyi komandaya möhtəşəm dönüş edib. Meydan sahiblərindən isə 20-ci dəqiqədə Serxio Ramos, 54-cü dəqiqədə isə Kriştianu Ronaldu fərqlənib. Bu nəticə ilk görüşdə 2:0 hesabı ilə qalib gəlmiş "Atletiko"nun növbəti mərhələyə yüksəlməsi üçün yetərli olub.
1/4 finalda baş məşqçi Dieqo Simeonenin komandası "Real Madrid"lə üz-üzə gələcək. Eyni zamanda "Malaqa" "Atletik"lə, "Espanyol" "Sevilya" ilə, "Vilyarreal" isə "Xetafe" ilə qarşılaşacaq. İlk oyunlar 21-22 yanvarda, cavab görüşləri 29 yanvarda keçiriləcək.