Argentina milli komandasının futbolçusu Lionel Messi İspaniya "Barselona"sının heyətində 400-cü qolunu vurub. Sportnet.az-ın məlumatına görə, 28 yaşlı hücumçu La Liqanın 32-ci turunda "Valensiya" ilə matçda fərqlənib.
O, 90+4-cü dəqiqədə təkbətək qaldığı qapıçını məğlub edərək, oyunda son nöqtəni qoyub - 2:0.
Qeyd edək ki, ilk qolu 1-ci dəqiqədə Luis Suares vurub. 10-cu dəqiqədə "Valensiya"nın futbolçusu Daniel Parexo penaltidən yararlana bilməyib.