Moldovanın paytaxtı Kişinyovda təşkil olumuş futzal üzrə beynəlxalq turnirdə Azərbaycan milli komandası bu gün final matçına çıxıb. Sportnet.az-ın məlumatına görə, millimiz Moldova yığması ilə qarşılaşıb.
Görüşün əsas vaxtı 1:1 hesablı heç-heçə ilə nəticələnib. 25-ci dəqiqədə Andrian Laşku hesabı açsa da, 8 dəqiqə sonra yığmamızın təcrübəli futzalçısı Zeynal Zeynalov bərabərlik qolunu vurub. Penaltilər seriyasında isə meydan sahibləri üstün olub - 1:0.
Qeyd edək ki, əsas vaxtı 5:5 hesabı ilə 3-cü yer uğrunda görüşdə Yunanıstan da Rumıniyanı penaltilər seriyasında üstələyib.