Futbol üzrə Azərbaycan I Divizionunun XXV turunda keçirilən "Şahdağ” – "Zirə” görüşündən öncə xeyriyyə aksiyası reallaşıb. Sportnet.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, "Şahdağ” klubunun təşəbbüsü ilə həyata keçirilən "1 manat” aksiyasının səbəbi Şahbalayev Asim Orxan oğlunun əməliyyatına dəstək olmaqdır.
"Şahdağ”ın təşəbbüsü ilə reallaşan xeyriyyə aksiyasında futbol ictimaiyyəti fəal iştirak edib. Oyundan öncə Qusar şəhər stadionunun girişində qutu quraşdırılıb. Oyun başa çatandan sonra bir sıra azarkeşlərin, futbolçuların, jurnalistlərin və Asimin atasının iştirakı ilə qutu açılıb və yığılan vəsait sayılıb, aktlaşdırıb.
Yığılan vəsait 2150.20 manat və 100 rus rublu təşkil edib. Bütün vəsait Asimin atası Orxan bəyə təhvil verilib.
Qeyd edək ki, oyun "Zirə"nin qələbəsi ilə yekunlaşıb - 1:0.
Bombardirlər: Coy-Lens Mikels ("Sabah"), Felipe Santos ("Araz-Naxçıvan") - hər ikisi 8, Davit Volkov (""Zirə"), Leandro Andrade ("Qarabağ") - hər ikisi 7 qol.