Mayın 2-də İtaliyanın Verona şəhərində kikboksinq üzrə reytinq xarakterli "Kunlun Fight Series” turnirinin döyüşləri keçirilib. Sportnet.az-ın məlumatına görə, turnirdə "Qəbələ” İdman Klubunun idmançısı, təcrübəli azərbaycanlı kikboksçu Pərviz Abdullayev ölkəmizi təmsil edib.
İdmançımız 73 kiloqram çəki dərəcəsində rumıniyalı Alexandru Popesku ilə üz-üzə
gəlib və 2 dəqiqəyə rəqibinə nokautla qalib gəlib. Kikboks üzrə beş qat dünya
çempiyonu, "Kobra” ləqəbli azərbaycanlı
döyüşçü Pərviz Abdullayev keçirdiyi 41
doyüşündə 38-ci dəfə qalib gəlməklə,
artıq 13-cü dəfə rəqibini nokautla məğlub etdi.
Xatırladaq ki, bu turnirdə Kobra
erməni idmançı ilə qarşılaşacaqdı, lakin rəqib turnirdə iştirak etməkdən
qorxaraq, imtina edib.
Qeyd edək ki, "12 May Cobra” peşəkar kikboks klubunun sədri Haci Sebuhi Receb və idmançının şəxsi məşqçisi
Mehman Umudov Pərviz Abdullayevi dəstəkləmək üçün
İtaliyada olub.