1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Millimizin sabiq futbolçusu qol vurdu
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığma komandasının sabiq yarımmüdafiəçisi Timur Təməltaşın çıxış etdiyi "Altınordu" klubu Türkiyə I Liqasında növbəti qələbəsini qazanıb. Sportnet.az-ın məlumatına görə, I Liqanın sonuna 3 tur qalmış "Altınordu" səfərdə "Manisaspor"u darmadağın edib - 6:1.
Bu matçda Təməltaş sonadək meydanda olub. O, 90-cı dəqiqədə sonuncu qolu vurub. "Manisaspor"un heyətində isə yığmamızın sabiq hücumçusu Branimir Subaşiç ikinci hissə başlayan kimi meydana girib. Qol vura bilməyən Subaşiç 69-cu dəqiqədə sarı vərəqə ilə cəzalanıb.
Bu qələbədən sonra "Altınordu" 50 xalla 8-ci pilləyə yüksəlib. "Manisaspor" isə 30 xalla 16-cı pillədə qalıb.